Premyer Liqanın X turu çərçivəsində "Simurq"un qonağı olacaq "Qarabağ" Zaqatalaya yollanıb. Siasport.az saytı xəbər verir ki, komanda dünən günorta yeməyindən sonra yola çıxıb.
Dünən axşam Zaqatalada məskunlaşmış komanda bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq. Onu da qeyd edək ki, komanda oyuna tam heyətlə getməyib. Zədə səbəbindən Emin İmaməliyevlə Nderim Nedzipi şimal bölgəsinə aparılmayıb. Əvəzində eyni səbəbdən "Rəvan"la oyunu buraxan Qara Qarayev komandayla birgə Zaqatalaya yollanıb.
Xatırladaq ki, "Simurq" - "Qarabağ" oyunu Oktyabrın 21-i saat 17:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB