"Qarabağ" klubunun uşaq futbolunun idarə sistemində dəyişiklik baş verib. Siasport.az saytı xəbər verir ki, artıq 2 ildir "Qarabağ" uşaq futboluna nəzarət edən Hemdi Serpil Tüzün şəxsi problemlər səbəbindən vəzifəsindən ayrılıb. Tüzün bəyin yerinə uşaq futbolunun inkişafına rəhbər olaraq Uğur Kulaksız təyin edilib. "Kayserispor"un əfsanələrindən sayılan, "sarı-qırmızı"ların uşaq futbolunun inkişafında böyük rol oynayan Uğur Kulaksız artıq "Qarabağ" uşaq futbolunun inkişafı üçün çalışacaq. Uğur bəyin hədəflər barədə qısaca danışıb: "Qarabağ" kimi camiədə çalışmaq qürurvericidir. Çalışacam ki, "Qarabağ" ruhuna uyğun olaraq əlimdən gələnin ən yaxşısını edim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB