Bu gün Bakıda Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Həmrəylik təşkilatının himayədarlığı altında Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin və Baltikyanı dövlətlərin regional forumu öz işinə başlayıb. Siasport.az saytı xəbər verir ki, Bakıda keçirilən regional forumda MDB-dən 12 və Baltikyanı dövlətlərdən 3 təmsilçi ilə yanaşı, Soçi Qış Olimpiya Oyunlarının təşkilat komitəsinin nümayəndəsi də iştirak edir. Ayın 22-si yekunlaşacaq forumda müxtəlif mövzularda çıxışlar olacaq. Gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də proqram çərçivəsində çıxışları nəzərdə tutulub. Tədbirin ikinci günü forumda iştirak edənlərin Olimpiya kompleksləri və idman qurğuları ilə tanışlığı planlaşdırılıb. Tədbir iştirakçıları taekvondo, hokkey, tennis və digər idman növləri üzrə federasiyalara da baş çəkəcəklər.
Qeyd edək ki, tədbir Badamadard qəsəbəsində yerləşən "Kempinski" otelində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB