Türkiyədə futbol matçları gec başlayacaq

Türkiyədə futbol matçları gec başlayacaq

Türkiyə Futbol Federasiyası (TFF) ötən gün 24 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsinə etirazını bildirmək üçün bəzi qərarlar qəbul edib. Bu qərara görə, ölkədə keçiriləcək bütün peşəkar liqlər, "A2" və həvəskar liqlər qarşılaşmaya 3 dəqiqə gec başlayacaq. Bundan başqa oyundan əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək, stadiona çıxan futbolçular və hakimlər qollarına qara lent bağlayacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə