Vaqner Lav yanvarda Moskva "OMİK"ini tərk edəcək!

Vaqner Lav yanvarda Moskva "OMİK"ini tərk edəcək!
Rusiyanın "OMİK" futbol klubunun braziliyalı futbolçusu Vaqner Lav, Moskva klubundan ayrılacaq. Siasport.az saytı xəbər verir ki, futbolçunun transferi ilə bağlı FİFA meneceri Malik Arkinov bu barədə açıqlama verib. M.Arkinov "Radyospor"a açıqlamasında diqqətə çatdırıb ki, V.Lav, qış transfer dövründə Rusiya klubunu tərk edəcəyi ilə bağlı qəti qərara gəlib. FİFA agentinin dediyinə görə, braziliyalı futbolçunu heyətində görmək istəyən klublar arasında "Arsenal", "Qalatasaray", "Flamenqo" və "Porto" da var.

Bütün xəbərlər Facebook səhifəmizdə