Almaniyanın "Köln" futbol klubunun baş məşqçisi Stale Solbakken belə hesab edir ki, komandasının futbolçusu Lukaş Podolski "Barselona"nın ulduz futbolçusu Leonel Messidən daha güclü sol ayağa malikdir. Siasport.az saytı xəbər verir ki, alman klubunun baş məşqçisi belə hesab edir ki, dəqiq ötürmələrdə və qapıya vurulan zərbələrdə L.Podolski L.Messini açıq-aydın üstələyir. "Köln"ün baş məşqçisi məşhur "Bild" nəşrinə verdiyi açıqlamada qeyd edib ki, komanda rəhbərliyi L.Podolskini hələ uzun müddət "Köln"də görmək istəyir və müqaviləsinin vaxtı başa çatmamış onunla uzun tarixli yeni bir müqavilə imzalağa hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB