"Fənərbaxça" azarkeşləri Moskvada "MOİK"ə azarkeşlik ediblər!

"Fənərbaxça" azarkeşləri Moskvada "MOİK"ə azarkeşlik ediblər!

Dünən axşam Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində Moskvada baş tutan "MOİK" - "Trabzonspor" qarşılaşması, təkcə "Trabzonspor"un 0:3 hesablı məğlubiyyəti ilə yadda qalmayıb. Siasport.az saytı xəbər verir ki, son Tüekiyə çempionu olan "Fənərbaxça" azarkeşləri əzəli rəqiblərindən olan "Trabzonspor"a acıq vermək üçün Rusiya klubuna azarkeşlik ediblər. Hazırda "Fənərbaxça" azarkeşlərinin Moskvadakı addımları Türkiyə mətbuatının da ciddi müzakirə mövzusuna çevrilib. "Fənərbaxça" azarkeşləri bu addımlarını onunla izah ediblər ki, "Trabzonspor" "Fənərbaxça"nın yerinə UEFA Çempionlar Liqasında çıxış edir və onlar bunu heç cürə həzm edə bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə