İngiltərənin "Arsenal" futbol klubunun baş məşqçisi Arsen Venger, komandanın son iki qarşılaşmada sərgilədiyi oyundan məmnun görünür. Siasport.az saytı xəbər verir ki, fransız futbol mütəxəssisi, xüsusi ilə "topçular"ın kapitanı 28 yaşlı hollandiyalı futbolçu Van Persinin komandadakı liderlik missiyasını uğurla daşımasından və futbolçuları arxasınca hücuma kökləyə bilmək bacarığından olduqca razıdır. İngiltərənin "The Sun" qəzeti yazır ki, qocaman futbol mütəxəssisi, 28 yaşlı kapitanla hər qarşılaşmadan əvvəl xüsusi şəkildə söhbət edərək, meydana buraxacağı gənc futbolçuların əsasən hansı cinahlarda yer ala biləcəkləri və komandaya adaptasiya olunmaları ilə bağlı daima onun fikrini soruşur. İngilis qəzetinin yazdığına görə, A.Venger demək olar ki, yeni mövsümdəki bütün gələcək planlarını bu hollandiyalı futbolçunun üzərində qurub. Qəzet yazır ki, A.Venger, "Arsenal" rəhbərliyinin qarşısında qəti şərt qoyub ki, V.Persi heç bir kluba satılmayacaq. Həttda qocaman futbol mütəxəssisinin V.Persinin başqa bir kluba satılacağı təqdirdə dərhal istefa verəcəyini "topçular"ın rəhbərliyinin diqqətinə çatdırdığı da verilən məlumatlar sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB