Simao Sambroza "Sportinq"ə "hə" deyir…

Simao Sambroza "Sportinq"ə "hə" deyir…
Portuqaliyanın "Sportinq" futbol klubu, İstanbulun "Beşiktaş" futbol klubunda forma geyinən "Atletiko Madrid"in keçmiş kapitanı Simao Sambrozanı heyətində görmək istəyir. Siasport.az saytı xəbər verir ki, əvvələr də "Sportinq" "Beşiktaş"dakı həmyerlilərinə "qırmaq" atmağa çalışıb, ama bu cəhdlər uğursuzluqa düçar olub. İndi isə Portuqaliya təmsilçisi daha ciddi təkliflə "qara qartal"ın qapısını döyməyə hazırlaşır. Türkiyə mətbuatına görə, "Beşiktaş"dakı hazrkı durumdan olduqca narahat olan S.Sambroza da həmvətənlərinin düşərgəsinə yollanmağa olduqca müsbət yanaşır. Artıq "Sportinq"in transfer üzrə menecerləri də konkret rəqəmlə İstanbula gəlməyə hazırlaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə