İstanbulun "Beşiktaş" futbol klubunun daxilində yaşananlar, artıq mətbuat səhifələrində müzakirə olunmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı baş məşqçisi və futbolçularla Quti Hernantez arasında getdicə qızışan qarşıdurma, deyəsən "Beşiktaş" üçün ciddi baş ağrısına gətirib çıxaracaq. Belə ki, baş məşqçi olan portuqaliyalı Karhaval tərəfindən "gözümçıxdıya" salınan Quti, mətbuata verdiyi açıqlamalarda, portuqaliyalı mütəxəssisi sərt şəkildə tənqid edərək "Beşiktaş"lı futbolçuları iki yerə parçalamaqda suçlayıb. Artıq hər kəsdə "Beşiktaş"da "Portuqaliya mafiyası"nın yarandığı barədə bir növ əməlli-başlı rəy yaranmağa başlayıb. Dünən bunlara daha birisi də əlavə olunub. Belə ki, Türkiyənin idman nəşrləri İstanbul klubunun portuqaliyalı Quaresma tərəfindən idarə olunduğunu yazmağa başlayıblar. Türk həmkarlarımız iddia edirlər ki, Quti ilə əməlli-başlı düşmən münasibətdə olan Quaresma, klubun futbolçu heyətinin üzərində ciddi rejim yaradıb, hər kəs ondan çəkinir, həttda baş məşqçi Karhaval belə onunla hesablaşmaq məcburiyyətində qalıb. Türk mətbuatına görə, portuqaliyalı futbolçular istər klub daxilində olsun, istərsə də klubdan kənarda atdığları hər bir addım barədə onunla məsləhətləşirlər. Məlumata əsasən "Beşiktaş" rəhbərliyi də artıq bu vəziyyətdən çox narahatdır və hazırkı vəziyyəti dəyişmək üçün yollar axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB