Anar Salmanov AÇ-nin seçmə mərhələsində

Anar Salmanov AÇ-nin seçmə mərhələsində

FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Siasport.az saytı xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində noyabrın 8-dən 13-dək İsraildə keçiriləcək V qrupun 2 oyununu Anar Salmanov idarə edəcək. Bu qrupda daha bir təmsilçimiz isə referi köməkçisi Mübariz Haşımov olacaq.

Qeyd edək ki, V qrupda İsrail, Serbiya, Litva və Çexiya komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə