Quti Metris həbsxanasında Tayfur Havutçu ilə nədən danışıb?

Quti Metris həbsxanasında Tayfur Havutçu ilə nədən danışıb?
İstanbulun "Beşiktaş" futbol klubunun rəhbərliyinin və futbolçularının dünən Metris həbsxanasında saxlanılan "Beşiktaş" klubunun əsas baş məşqçisi Tayfur Havutçu və digər "Beşiktaş"lılara baş çəkmələrinin pərdəarxası məqamları üzə çıxıb. Siasport.az saytı xəbər verir ki, həbsxana binasından çıxdıqdan sonra jurnalistlərə açıqlama verən Quti Hernantez bildirib ki, bu insanların əzmkarlığına və "Beşiktaş"a sədaqətlərinə heyran qalıb. Quti, eyni zamanda T.Havutçu ilə bir xeyli söhbətləşdiyini də dilə gətirib. O, T.Havutçunun və digər klub nümayəndələrinin "Beşiktaş"ın oyunlarını izlədiklərini deyən Quti, baş məşqçi ilə bir sıra məsələləri də müzakirə etdiklərini deyib. Bu gün isə Türkiyə mətbuatı və aparıcı internet idman saytları "Beşiktaş" futbolçularının Metris həbsxanasındakı görüşləri barədə sensasiyalı məlumat dərc ediblər. Sən demə Quti T.Havutçu ilə görüşündə, hazırda "Beşiktaş"ın sükanı arxasında olan portuqaliyalı mütəxəssis Karvahalın komandanı bərbad günə qoyduğunu, əsasən portuqaliyalı futbolçulara güvəndiyini və futbolçuları bir neçə yerə böldüyünü deyib və ondan T.Havuçuya şikayət edib. T.Havutçunun Qutinin son durumu, xüsusi ilə nizam-intizam qaydalarına riayət etməməsi ilə bağlı yayılan məlumatlar barədə sualına isə, ispaniyalı ulduz futbolçu, "bütün bunlar Karvahalın uydurmalarıdır. O, məni sıradan çıxarmaq üçün belə bir fon yaratmağa çalışır" deyə cavab verib. Artıq belə görünür ki, Quti T.Havutçunun tezliklə komandanın sükanı arxasına keçməsi və portuqaliyalıların "Beşiktaş"dan "təmizlənməsi" üçün əməli fəaliyyətə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə