Joze Maurinyo: "Mən bir "İnter" azarkeşiyəm"

Joze Maurinyo: "Mən bir "İnter" azarkeşiyəm"
Sən demə, İspaniyanın "Real" futbol klubunun baş məşqçisi Joze Mourinyo, hələ də sabiq komandası olan İtaliya "İnter"ini hec cürə unuda bilmir. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi, Milan təmsilçisinin son aylardakı uğursuz çıxışından bərk üzülüb.
J.Maurinyo, "İnter"in həm İtaliya A seriyasında, həm də Çempionlar Liqasında uğursuz çıxış etməsindən əməllicə pərişandır: "Mən bir "İnter" azarkeşiyəm. Komandanın bu mövsümkü nəticələri məni çox üzür. Sabiq komandama, oyunçularıma və prezidentimə hər zaman köməyimi əsirgəmirəm. Lakin yenə də "İnter"in tezliklə vəziyyəti dəyişəcəyinə inanıram. Belə uğursuz çıxışlar iki, üç, dörd və beş oyun davam edə bilər. Komanda getdikcə özünü toparlamalı və öz sözünü deməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə