Sumqayıtda kross yarışı keçirilib

Sumqayıtda kross yarışı keçirilib

Bu gün Sumqayıt şəhərində Dövlət Müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş məhəllə və mikrarayonlar arası kross yarışının təntənəli açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan yarışın açılış mərasimində şəhərin ayrı-ayrı məhəllə və mikrarayonlarında 300-dən çox yeniyetmə və gənc iştirak edib. Yarışın sonunda isə 1 və 10-cu yerləri tutmuş idmançılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman və hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə