Dünən futbol üzrə Türkiyə Superliqasının ötən turu çərçivəsində sonuncu qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, Türkiyə superliqasının hazırkı lideri olan İstanbulun "Fənərbaxça" futbol klubu, rəqib meydanında "Mersin İdman Yurdu" klubu ilə qarşılaşıb. Olduqca gərgin və dramatik futbol şəraitində keçən qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan "Fənərbaxça" futbol klubu. turnir cədvəlindəki mövqeyini bir az da möhkəmləndirib. İndi onu əzəli rəqibi olan "Qalatasaray"dan cəmi 3 xal ayırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB