Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 2 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş voleybol üzrə turnirin final oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda 2 saylı Cəzaçəkmə Müəssisəsinin "İstiqlal" və 9 saylı Cəzaçəkmə Müəssisəsinin "Zirvə" komandaları qarşılaşıblar. 2:1 hesabı ilə qalib gələn "İstiqlal" komandası turnirdə I yeri tutub. Oyunlar respublika dərəcəli hakimlər Ceyhun İsmayılov və Təhmasib Haşımov tərəfindən idarə olunub.
Yarışın sonunda II yeri tutmuş komandanın üzvləri Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev və Azərbaycan Voleybol Federasiyasının gənclərdən ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Feliks Məmmədov tərəfindən, qalib komandanın üzvləri isə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi general mayor Mədət Quliyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tərəfindən kubokla, müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB