Yığmamız Almaniya klubu ilə heç-heçə edib

Yığmamız Almaniya klubu ilə heç-heçə edib

Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "FSV Frankfurt" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın ilk qolunu penalti zərbəsindən Şahban Cəbrayılov vurub. Digər qolun müəllifi isə Mahir Mədətov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə