Kataniyada (İtaliya) qılıncoynatma üzrə dünya çempionatı başa çatıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan idmançıları komanda yarışlarında daha böyük müvəffəqiyyət qazanıblar. Dünya reytinqində 24-cü yerdə olan Azərbaycanın qadın yığma komandası 1/8 finala çıxmaq uğrunda yarışda 11-ci yerdə gedən Yaponiyanı 45:40 hesabı ilə udub. Sonra idmançılarımız 1/8 finalda İngiltərəyə 45:44 hesabı ilə qalib gəliblər. Dörddə bir final oyununda yığma komandamız çinliləri 45:43 hesabı ilə mübarizədən kənarlaşdırıb.
Lakin yığmamız yarımfinalda olimpiya çempionu olan Ukrayna komandasına 42:45 hesabı ilə uduzub, 3-cü yer uğrunda yarışda isə Amerika qılıncoynadanlarına 40:44 hesabı ilə məğlub olaraq nəticədə 4-cü yeri tutub.
Qeyd edək ki, bu çempionat cari ildə keçirilmiş lisenziya yarışlarından axırıncısı olub. Növbəti ilin birinci rübündə Fransa, İngiltərə, Rusiya və Türkiyədə 4 son lisenziya turniri keçiriləcək. Çox güman ki, bu turnirlərdə Azərbaycan idmançıları olimpiadaya lisenziya əldə edəcəklər. Növbəti ilin aprelində Sloveniyada Avropa zona turniri keçiriləcək. Turnirin finalçıları olimpiadada iştirak etmək hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB