Azərbaycan gimnastı Aliyə Qarayeva Qran-Pri seriyasından Çexiyanın Brno şəhərində keçirilən turnirdə beş bürünc medal qazanıb. Siasport.az saytı xəbər verir ki, milli yığmanın lideri yarışların artıq ilk günündə öz ustalığını sübut edib. Çoxnövçülük turnirində A.Qarayeva 114.65 bal toplayaraq 3-cü yeri tutub və 4 finala çıxa bilib. Gimnastımız yalnız Rusiya dueti – Yevgeniya Kanayeva və Darya Dmitriyevadan geridə qalıb. Yarışların ikinci günü Azərbaycan gimnastına daha 4 mükafat gətirib. Qarayeva yenə də "bürünc" müvəffəqiyyətini təkrarlayıb, amma artıq ayrı-ayrı predmetlərlə.
A.Qarayeva deyib: "Fransada keçirilmiş dünya çempionatından sonra ikihəftəlik fasiləm oldu, mən öz çıxışlarımdan, həmçinin hakimlərin mənə verdikləri qiymətlərdən çox razıyam.
Bu il yenə də A1 seriyası üzrə İtaliyanın klub çempionatında çıxış etməyə dəvət olunmuşam. Oktyabrın 22-də keçiriləcək birinci turda iştirak etmək üçün Fabrianoya yollanıram".
Digər idmançılarımız İzmirə yollanacaqlar. Oktyabrın 20-dən 23-dək Türkiyənin bu şəhərində Azərbaycan gimnastlarının iştirakı ilə beynəlxalq turnir keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB