"Bakılı"da baş məşqçi istefası

"Bakılı"da baş məşqçi istefası

"Bakılı"da növbəti dəfə baş məşqçi istefası reallaşıb. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, cəmi iki həftə əvvəl bu posta təyin olunan Şahmir Hüseynov işdən uzaqlaşdırılıb.
Qeyd edək ki, Şahmir Hüseynov "Bakılı"ya baş məşqçi təyin olunandan sonra komanda "Göyəzən"i 1:0 hesabı ilə məğlub etmişdi. Dünən MOİK-lə keçirilən oyunda isə baş məşqçi iştirak etməyib və komanda 0:2 hesabı ilə uduzub.
Xəbəri dəqiqləşdirmək üçün Hüseynovun özü ilə əlaqə saxladıq. Maraqlıdır ki, o, özü oyuna getmədiyini və komandadan ayrıldığını bildirdi. Bunun səbəbinə gəlincə, qəribə məntiqlə çıxış etdi: "Oyuna özüm getmədim. Zəng edib dedim ki, gəlməyəcəm. Çünki başqa bir klub məni dəvət edib. Gedib onun rəhbərliyi ilə görüşdüm, oyunlarına baxdım. İndi adını açıqlaya bilmərəm. Amma Premyer Liqa klubu olduğunu deyə bilərəm. Razılaşmışıq, qış fasiləsindən sonra Premyer Liqada işləyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə