Bir turda 162 oyun
Ölkəmizdə uşaq futbolunun inkişafı, kütləviliyin təmin olunması məqsədilə AFFA tərəfindən müxtəlif turnirlər təşkil olunur. Siasport.az saytı xəbər verir ki, ötən həftə U-11 Liqası, "Coca-Cola U-13 Liqası", U-14 Liqası, "Kapital Bank U-15 Liqası", U-16 Liqası, "Azercell U-17 Liqas"", U-15 qızlar Liqası və !U-17 UNİCEF qızlar Liqası"nın oyunlarına star verilib, həmçinin "Coca-Cola Məktəbli kuboku"nda 1/2 final mərhələsinə yüksələn komandalar müəyyənləşib. Beləliklə, qeyd olunan turnirlərdə 1 tur ərzində ümumilikdə 162 oyun keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə