Dünyanın ən nüfuzlu avtomobil yarışlarından biri - \"İndikar\"da dəhşətli qəza baş verib. Siasport.az saytı xəbər verir ki, \"İndianapolisin 500 mili\" yarışının ikiqat qalibi və 2005-ci il \"İndikar\" çempionu Den Ueldon yarış əsnasında baş verən toqquşmada həlak olub.
Onun iki oğlu vardı-iki yaşlı və 6 aylıq. 33 yaşlı idmançı dünən gecə baş tutan Las-Veqas yürüşündə bir neçə bolidin bir-biriylə toqquşması zamanı idarəetməni itirib və darmadağın olan maşında dünyasını dəyişib. Həmin dəhşətli qəzanın videosunu sizə təqdim edirik:
rekord.azBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB