Tunc Afşar evlənir
"Bakı" klubunun sabiq vitse-prezidenti Tunc Afşar oktyabr ayının 22-də evlənəcək. Siasport.az saytı xəbər verir ki, Afşar voleybol üzrə Azərbaycan milli komandasının üzvü Natavan Qasımovla ailə həyatı quracaq. Cütlüyün toyu isə Bakı Əyləncə mərkəzində keçiriləcək.
Qeyd edək ki, Tunc Afşar hazırda "Bakı" klubunun prezidenti Hafiz Məmədovun müşaviri vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə