İspaniya La Liqasında keçirilən qarşılaşmalarda bir sıra maraqlı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, La Liqanın hazırkı lideri olan "Barselona", rəqib "Santander" futbol klubunu Messi və Xavinin qolları ilə 3:0 hesabı ilə məğlub edərək, liderliyini bir az da möhkəmləndirib. Katalon klubunun əzəli rəqibi olan Madrid "Real"ı isə "Betis"i darmadağın edib-4:1. "Malyorka" və "Valensiya" arasında keçirilən qarşılaşma isə 1:1 hesabı ilə nəticələnib. La Liqada keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Malyorka" - "Valensiya" - 1:1
"Real" (Madrid) - "Betis" - 4:1
"Qetafe" - "Villareal" - 0:0
"Barselona" - "Santander" - 3:0
"Qranada" - "Atletiko" (Madrid) - 0:0
"Rayo Vallekano" - "Espanyol" - 0:1
"Saraqoza" - "Real" (Sosyedad) - 2:0
"Levante" - "Malaqa" - 3:0
"Sevilya" - "Sportinq" (Xixon) - 2:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB