\"Beşiktaş\" uduzdu, Quti portuqaliyalıları \"topa tutdu\"!

\"Beşiktaş\" uduzdu, Quti portuqaliyalıları \"topa tutdu\"!
Öz sahəsində \"Kayserispor\"a 0:2 hesabı ilə məğlub olan \"Beşiktaş\", yenə azarkeşlərini üzməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, \"Kayserispor\" qarşısında oynanılan xaotik futbol \"Beşiktaş\" azarkeşlərini qəzəbləndirib və azarkeşlər xüsusi ilə portuqaliyalı futbolçuları fitə basaraq etirazlarını bildiriblər. Əsasən də Fernandes, Simao və Quaresmaya qarşı azarkeşlərin etirazları daha kəskin olub. İspaniyalı futbol ulduzu Quti isə, oyundan dərhal sonra, özünün şəxsi Twitter internet səhifəsində oyunla bağlı qeydlərini açıqlayıb. Quti, \"Beşiktaş\" azarkeşinin belə bir məğlubiyyətə layiq olmadıqlarını deyərək, bəzi futbolçuların meydanda futbol oynamaqdan daha çox, öz şəxsi istəklərinə uygun olaraq gəzişdiklərini, vaxtında ötürmələr vermədiklərini və heç bir məsuliyyət hissi keçirmədiklərini açıqlayıb: \"Təssüf ki, hələ də bir çox futbolçular komanda qarşısındakı məsuliyyətini anlaya bilmirlər. Öz meydanımızda \"Kayserispor\"a məğlubiyyət, çox acınacaqlıdır. Hər oyunda bizə möhtəşəm dəstək verən \"Beşiktaş\" azarkeşləri bu cür məğlubiyyətə qətiyyən layiq deyillər. Tezliklə bir çox futbolçulara, nəhayət ki, komanda oyunu oynamaq lazım olduğu barədə söhbət etmək lazım gələcək\"-deyə Quti fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə