"Qarabağ" klubu bəyanat yayıb
"Qarabağ" klubu "Rəvan"la oyunda baş verənlər barədə bəyanat yayıb. Siasport.az saytı bəyanatı olduğu kimi nəzərinizə çatdırır: "Azərbaycan Premyer Liqasının IX turunda baş tutan "Rəvan" - "Qarabağ" oyununda xoşagəlməz hal yaşanıb. Oyunun son dəqiqələrində ev sahiblərinin futbolçusu azarkeşlərimizə qarşı nalayiq hərəkət edərək təəssüfümüzə səbəb olmuşdur. Tərəfimizdən dərhal "Rəvan" klubunun rəhbərliyinə edilmiş müraciətdən sonra qarşı tərəf məsələyə həssaslıqla yanaşaraq baş verənlərlə bağlı təəssüflərini ifadə edərək bununla bağlı ən qısa zamanda ölçü götürəcəklərini ifadə etmişlər. "Qarabağ" FK "Rəvan" FK rəhbərliyinə məsələyə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirir".

Bütün xəbərlər Facebook səhifəmizdə