Yola saldığımız həftədə, Türkiyə Superliqası çərçivəsində bir sıra maralı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Beşiktaş" futbol klubu öz meydanında "Kayserispor"a 0:2 hesabı ilə məğlub olub. "Trabzonspor" ilə "Ankaragücü"nü 3:2 hesabı ilə məğlub edib. Ən maraqlı qarşılaşma isə dünən "Türk Telekom Arena"da "Qalatasaray" və "Bursaspor" arasında oynanılıb. 36 min 45 nəfər futbol azarkeşinin izlədiyi qarşılaşma olduqca gərgin və maraqlı idman mübarizəsində keçib. Qarşılaşmanın 21-ci dəqiqəsində Elmander "Qalatasaray"ı hesabda önə keçirsə də, 80-ci dəqiqədə Serdar Əziz "Bursaspor"un bərabərlik qoluna imza atıb. Qarşılaşmanın 83-cü dəqiqəsində meydana girən Milan Baroş isə 87-ci dəqiqədə qələbə qolunu vuraraq "cim bom"un "Bursaspor" üzərindəki 2:1 hesablı qələbəsəni rəsmiləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB