Azərbaycan Premyer Liqasının IX turunun "Rəvan" - "Qarabağ" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb. Siasport.az saytı xəbər verir ki, "Rəvan"ın bərabərlik qolunu vurmasından sonra komandanın yarımmüdafiəçisi Reis Klaudinei Ağdam klubunun azarkeşlərinin əyləşdiyi sektorun qarşısına gələrək, onları təhqir edib.
Braziliyalı futbolçu üzünü qarabağlılara tutaraq, klubun ünvanına söyüş söyüb (Jurnalist etikasını nəzərə alıb söyüşü yayımlamırıq). O, "Qarabağ" klubu və onun azarkeşlərini, eyni zamanda klubun timsalında bütövlükdə Qarabağ camaatını təhqir edib. Bundan qəzəblənən fanatlar meydançaya daxil olmağa və futbolçunu cəzalandırmağa cəhd ediblər. Ancaq polis əməkdaşları bunun qarşısını alıb.
Daha sonra qarabağlı azarkeşlər "Rəvan" klubunun rəhbərliyi ilə görüşüb, Klaudideinin hərəkətindən onları xəbərdar etmək istəyiblər. Ancaq bu dəfə də polislər azarkeşlərə mane olublar.
"Qarabağ"ın fanatları baş vermiş hadisəyə görə "Rəvan" klubundan Klaudineinin cəzalandırılmasını tələb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB