Kaxaber Sxadadze: "Müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik"-AÇIQLAMA

Kaxaber Sxadadze: "Müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik"-AÇIQLAMA

Azərbaycan Premyer Liqasının IX turunda son çempion "Neftçi"nin qonağı olan "İnter" rəqibini 1:0 hesabı ilə məğlub etdi. Siasport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bildirib. Baş məşqçinin fikirlərini nəzərinizə çatdırırıq: "Oyundan əvvəl bizi çətin qarşılaşma gözlədiyini bilirdik. "Neftçi" son zamanlar baxımlı oyun nümayiş etdirir. Onların bir neçə fərdi ustalığı yüksək olan oyunçusu var. Elə buna görə də oyunun əvvəlində biz bir qədər qapandıq. Əlimizə düşən qol imkanlarından yararlanmağa çalışırdıq. Hesabda önə keçdikdən sonra rəqibin hücumları daha da artdı. Biz müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Bunun üzərində işləyəcəyik. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə