Böyükağa Hacıyev: "Bəxtimiz gətirmədi"-AÇIQLAMA

Böyükağa Hacıyev: "Bəxtimiz gətirmədi"-AÇIQLAMA

Azərbaycan Premyer Liqasında 9-cu turun "İnter" klubu ilə oyunundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis komandasının üstün oynamasına rəğmən bəxtlərinin gətirmədiyini deyib: "Bir çox oyunçularımız milli komandaların düşərgələrindən döndüyü üçün müəyyən qədər çətinlik çəkdik. Buna baxmayaraq, ilk hissədə üstünlük tamamilə bizdə idi. Lakin, yenə də qapımızdan qol buraxdıq. Bəxtimiz gətirmədi. Çoxlu qol imkanlarımız oldu, lakin son nöqtəni qoya bilmədik. Ehtiyatda bir oyunumuz olduğunu nəzərə alsaq, ilk dövrənin sonuna kimi turnir cədvəlində mövqeyimizi yaxşılaşdıra bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə