"Neftçi" "İnter"lə bacara bilmədi

"Neftçi" "İnter"lə bacara bilmədi

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Çempionatın liderləri milli komandanın oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilədən sonra ilk matçlarına çıxıblar.


Turun mərkəzi qarşılaşması paytaxt təmsilçiləri arasında keçirilib. Son 2 ilin çempionları "Neftçi" və "İnter" arasında derbinin taleyini 1 qol həll edib. Baçana Tsxadadze vurduğu qolla atasının çalışdırdığı komandaya qələbə qazandırıb. Bu qələbə sayəsində "İnter" 2-ci pilləyə yüksəlib.


İddialılardan "Bakı" və "Qarabağ" səfərdə debütantları sınağa çəkib. Bakılılar rəqibinin müqavimətini çətinliklə də olsa qıra bilib. "Qarabağ" isə "Rəvan"ın məğlubiyyətsiz oyunlar seriyasının 3-ə çatmasına mane ola bilməyib. Çempionatın lideri "Xəzər Lənkəran" isə "Simurq"u məğlub edərək "Neftçi"nin məğlubiyyətindən yararlanaraq izləyicilərindən xal fərqini artırıb. Ötən mövsüm ilk "altılıq"dan kənar qalıb, bu il daha iddialı olan "Qəbələ" ilə "Kəpəz"in duelində meydan sahibləri 2 cavabsız qolla qalib gəlib.


"Sumqayıt Şəhər" - "Bakı" - 0:1

Maris Verpakovski, 46


"Qəbələ" - "Kəpəz" - 2:0

Barton, 40 Luiz Hilario, 57


"Neftçi" - "İnter" - 0:1

Baçana Sxadadze, 34


"Rəvan" - "Qarabağ" - 1:1

Miloş Zeçeviç, 90+3 - Leonardo Roşa, 77


"Xəzər Lənkəran" - "Simurq" - 1:0

Antonio Semedo, 27


1 Xəzər L. 9 7 1 1 14-5 22

2 İnter 9 5 2 2 7-5 17

3 Neftçi 8 5 0 3 11-6 15

4 Bakı 9 4 3 2 9-6 15

5 Qarabağ 8 4 2 2 10-6 14

6 Qəbələ 9 4 2 3 11-10 14

7 Kəpəz 9 3 2 4 14-15 11

8 Rəvan 9 2 4 3 11-12 10

9 AZAL 9 2 4 3 10-12 10

10 Simurq 9 2 2 5 7-11 8

11 Turan 9 2 1 6 7-13 7

12 Sumqayıt Ş. 9 0 3 6 3-13 3

Bütün xəbərlər Facebook səhifəmizdə