Azərbaycan çempionatında IX turun oyunlarına start verilib

Azərbaycan çempionatında IX turun oyunlarına start verilib

Bu gün Unibank Premyer Liqasında yaranan 2 həftəlik fasilə başa çatıb. SİA-nın məlumatına görə, Premyer Liqanın IX turu çəriçivəsində bir oyun keçirilib.


Belə ki, Tovuzda yerli "Turan" komandası Bakının AZAL klubu ilə qarşılaşıb. Görüşün ilk hissənin başa çatmasına 1 dəqiqə qalmış "Turan"ın futbolçusu Giorgi Beriaşvilinin meydançadan qovulmasına baxmayaraq, AZAL bu üstünlükdən yararlana bilməyib. Matç başladığı kimi də sona çatıb. "Turan" - AZAL 0:0.


Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. "Sumqayıt Şəhər" - "Bakı" , "Qəbələ" - "Kəpəz" qarşılaşmaları saat 15:00-da, "Rəvan" - "Qarabağ" 17:00-da, "Xəzər Lənkəran" - "Simurq" 17:30-da keçiriləcək.


Turun mərkəzi oyunu isə "Neftçi" ilə "İnter" klubları arasında keçiriləcək. Paytaxt derbisinin start fiti 15:30-da veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə