Burak Yılmaz “Trabzonspor”a qələbə qazandırdı

Burak Yılmaz “Trabzonspor”a qələbə qazandırdı

Türkiyə Superliqasında VI turun oyunlarına start verilib. Turun açılış oyunu Trabzonda baş tutub. Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Trabzonspor" Superliqada da çempionluq uğrunda mübarizə aparır. Qaradəniz təmsilçisi bu turda öz meydanında "Ankaragücü" ilə qarşılaşıb. Fasiləyə 1:1-lik bərabərliklə yollanan komandalar ikinci hissədə daha 3 dəfə fərqlənib. "Trabzonspor" matçın 79-cu dəqiqəsində Burak Yılmazın vurduğu qolla qələbə qazanıb.

Turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə