Natalya Məmmədova: "Layiq olduğumuz qələbəni qazandıq"

Natalya Məmmədova: "Layiq olduğumuz qələbəni qazandıq"

"Biz belə bir möhtəşəm yarışın çempionu olduğumuz üçün çox xoşbəxtik". Bunu Qətərdə keçirilən klublararası dünya çempionatının qızıl medalını qazanan "Rabitə" voleybol komandasını kapitanı Natalya Məmmədova deyib. O bildirib ki, finalda layiq olduqları qələbəni qazanıblar.


"Vakıfbank Günəş TTelekom"la oyun üçün çox yaxşı hazırlaşmışdıq. Taktiki olaraq, əla oynadıq. Rəqibə müdafiə və hücumda gücümüzü göstərdik. Düzdür, 4 görüş dalbadal keçirmək bir qədər çətin idi. Lakin arzuladığımız dünya çempionluğunu qazandıq. Buna görə inanırıq ki, təşkilatçılar növbəti mündialda bizi turnirə dəvət edəcəklər", - deyə o vurğulayıb.


Qeyd edək ki, Azərbaycan çempionu həlledici matçda 3:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə