Voleybolçuların klublararası dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib

Voleybolçuların klublararası dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib

Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçuların klublararası dünya çempionatı başa çatıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın "Rabitə" klubu finalda Türkiyənin "Vakıfbank Günəş TTelekom" klubu ilə qarşılaşıb.


Final qarşılaşmasında qardaş ölkə təmsilçisinin daşını daş üstündə qoymayan "Rabitə" klubu hər 3 setdə qələbə qazanaraq dünya çempionu olub: 25-15, 25-18, 25-8


Qeyd edək ki, "Rabitə" Azərbaycan idmanı tarixində dünya çempionluğunu qazanan ilk klub kimi tarixə düşüb.


3-cü yer uğrunda görüşdə "Sollis Nestle" (Braziliya) və "Mirador" (Dominikan Respublikası) klubları qarşılaşıb. "Sollis Nestle" klubu mundialın bürünc medalını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə