Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçular arasında dünya çempionatı başa çatıb. Siasport.az saytı xəbər verir ki, turnirin həlledici görüşündə Azərbaycanın "Rabitə" klubu bu il "Vakıfbank Günəş TTelekom"un (Türkiyə) gücünü bir daha göstərib və rəqibinə aman verməyib. Çempionlar Liqasının finalında türklərə 0:3 hesabı ilə uduzan Bakı komandası bu dəfə revanş almağı bacarıb. Ötən mövsümlə müqayisədə heyətini gücləndirən və yeni baş məşqçiyə etibar edilən "Rabitə" dünya çempionatında məğlubiyyət nə olduğunu bilməyib. Onlar mundialda bu matça kimi 1 set belə uduzmayan rəqiblərə 3:0 hesabı ilə qalib gələrək, debütdəcə tarixi zəfər qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB