Admir Teli: ""Qarabağ"a qarşı rəqiblər xüsusi hazırlaşır"-AÇIQLAMA
"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Sisport.az saytı xəbər verir ki, bazar günü "Rəvan"la qarşılaşacaq komanda rəqibi yetərincə ciddi qiymətləndirir. "Qarabağ"ın albaniyalı müdafiəçisi Admir Teli milli komandadan döndükdən sonra həm yığımadakı çıxışını, həm də qarşıdakı oyunu dəyərləndirib: "Sonuncu oyunda Ruminiyayla qarşılaşdıq. Qeydə alınan heç-heçəni normal qəbul edirəm. Belə götürsək, seçmə mərhələ mənim üçün yaxşı keçdi. Adətən oyunlarda start heyətində meydana çıxırdım. Millimiz isə turnirə uğurlu başlasa da, sonradan geriləmə qeydə alındı. Artıq, baş verənləri unudub, gələcəyi fikirləşmək lazımdır. "Rəvan"la oyun isə, çətin keçəcək. Hər 2 komanda son 2 oyunda qələbə qazanıb. "Rəvan" güclülərə qarşı əzmkar çıxış edir. Bizimlə oyun da istisna olmayacaq. Ümumiyyətlə, "Qarabağ"a qarşı rəqiblər xüsusi hazırlaşır. Ona görə də daha səylə hazırlaşmalıyıq. Uzun zamandır birlikdə deyilik. Bu bizə müəyyən anlamda problem yarada bilər Amma təcrübəmizlə bu boşluğu aradan qaldırmalıyıq. 3 xalı qazanıb qələbə seriyasını davam etdirmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB