Fərid Quliyev: "Qol fürsətlərindən yararlanmağa çalışacağam"-AÇIQLAMA

Fərid Quliyev: "Qol fürsətlərindən yararlanmağa çalışacağam"-AÇIQLAMA

"Neftçi" PFK-nın futbolçusu Fərid Quliyev Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək "İnter"lə oyun barədə fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, futbolçu rəqibə qalib gəlmək gücündə olduqlarını qeyd edib: "Bildiyiniz kimi çempionatda qısa fasilə yaranmışdı. Bu fasilə ərzində "İnter"lə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Düzdür, çətin olacaq, lakin çalışacağıq ki, derbidən qalib kimi ayrılaq".

"Simurq"la ötən turun oyununda qələbə qolunu vuran Quliyev bu dəfə də fərqlənmək üçün çalışacağını deyib: "Baş məşqçi şans versə, ötən turda olduğu kimi, "İnter"lə qarşılaşmada da ələ düşən qol fürsətlərindən yararlanmağa çalışacağam".

Qeyd edək ki, oktyabrın 16-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "İnter" matçı saat 15:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə