Əziz Yıldırım həbsxanada “Fənərbaxça” formasını əynindən çıxarmır!
Qanunsuz oyun alqı-satqılarında ittiham olunaraq hazırda Metris həbsxanasında saxlanılan İstanbulun "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, hər kəsi təəcübləndirən addımlar atmaqda davam edir. Siasport.az saytı xəbər verir ki, Ə.Yıldırım, doğma komandasının formasını artıq 3 aydır ki, əynindən çıxarmır. Belə ki, Ə.Yıldırım futbolçuların ona bağışladıqları imzalı formalarını özünün əsas geyiminə çevirərək bununla da doğma kamandasına olan sevgi və inamını nümayiş etdirməyə çalışır. Türkiyə mətbuatının yazdığına görə " Fənərbaxça" klubunun prezdenti, bu yolla daha çox İstanbul klubunun futbolçularına psixoloji dəstək olmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB