27 milyon avro alaraq hazırda Rusiyanın "Anji" futbol klubunda çıxış edən Samuel Eto, yenidən A Seriyasına qayıtmaq istəyir. Siasport.az saytı xəbər verir ki, bu barədə İtaliyada nəşr olunan "Gazetta dello Sport" nəşri məlumat yayıb. İtalyan nəşrinə görə, qara dərili futbolçu, Rusiyadakı futbol sistemindən və Mahaçqaladakı oyunlarda təhlükəsizlik məsələlərinin qaydasında yerinə yetirilmədiyinə görə, S.Eto, yenidən "İnter"ə qayıtmaq istəyir. Onu bu adııma "Anji" rəhbərliyinin təhlükəsizliklə bağlı üzərinə götürdüyü öhdəlikləri qulaqardına vurmasıdır. İtaliya mətbuatı xəbər verir ki, artıq futbolçunun meneceri həm "Anji"nin rəhbərliyi ilə, həm də "İnter" təmsilçiləri ilə danışıqlara başlayaraq, S.Etonun qış transfer dövründə Milana qayıtmaq məsələsini müzakirə edir. Sözsüz ki, "Anji" ilə bağlanan müqaviləni birtərəfli şəkildə ləğv etdiyi üçün S.Eto, kifayət qədər maliyyə itkisi ilə üzləşəcək. Amma görünür can şirinliyi onu bu addımı atmağa vadar edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB