Bazar günü İstanbulda, "Türk Telekom Arena"da "Qalatasaray" ilə qarşı-qarşıya gələcək "Bursaspor"da bu qarşılaşmaya ciddi hazırlıqlar davam edir. Siasport.az saytı xəbər verir ki, Bursa təmsilçisi, bu qarşılaşmaya ciddi önəm verir. Komandanın gənc baş məşqçisi Ərtuğrul Sağlam isə, "Qalatasaray"ı olduqca prinsipial rəqib sayır və hesab edir ki, "com bom" onların Superliqanın lideri olmaq yolundakı iki-üç əsas rəqiblərindən biridir: "Bu qarşılaşma olduqca maraqlı və eyni zamanda gərgin şəkildə keçəcək. "Qalatasaray" olduqca güclü heyətə və bacarıqlı, təcrübəli baş məşqçiyə sahib komandadır. Onların əsas hədəfləri də məlumdur. "Qalatasaray" neçə illik böhranını bu il geridə qoyaraq çempion olmağı hədəfə alıb. Amma bizim də öz hesablarımız var və hesab edirəm ki, qarşılaşma olduqca gərgin atmosferdə keçəcək"-deyə gənc futbol mütəxəssisi fikirini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB