UEFA Ueyn Runini sərt cəzalandırdı!

UEFA Ueyn Runini sərt cəzalandırdı!
Futbol üzrə İngiltərə millisinin forvardı Ueyn Runi, UEFA təırəfindən sərt cəzaya məruz qalıb. Siasport.az saytı xəbər verir ki, Mişel Platininin rəhbəri olduğu Avropanın ali futbol qurumu, İngiltərə millisinin keçirdiyi son qarşılaşmada UEFA-nın nizam intizamına zidd hərəkətlərə yol verən ingilis futbolçunun İngiltərə millisinin heyətində qarşıdakı 3 rəsmi qarşılaşmada meydana çıxmasına icazə vermədi. Bu isə o deməkdir ki, U.Ruuni gələn il keçiriləcək Avro 2012-nin ilk 3 qarşılaşmasında meydana çıxa bilməyəcək. İngilis mətbuatı isə bu qərara görə UEFA-nı sərt şəkildə tənqid edərək, bu qərarın verilməsində UEFA-nın fransız prezidenti M.Platininin \"barmağının olduğunu\" iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə