Voleybolçu qızlardan ibarət "Rabitə" komandası Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının finalına yüksəlib. Siasport.az-ın məlumatına görə,"Rabitə" yarımfinalda Dominikan Respublikasının "Mirador" klubuna çətinlik çəkmədən qalib gəlib – 3:0.
Təmsilçimiz ilk 2 setdə eyni hesabla qalib gəlib – 25:15. 3-cü set isə baş məşqçi Zoran Qayiçin komandasının daha böyük fərqli üstünlüyü ilə tamamlanıb – 25:8.
Finalda "Rabitə"nin rəqibi Türkiyənin "Vakıfbank Günəş Türk Telekom" klubu olacaq. Görüş oktyabrın 14-də olacaq. Bu klublar Çempionlar Liqasının finalında da üz-üzə gəlmişdilər. Həmin vaxt "Rabitə" 0:3 hesabı ilə məğlub olmuşdu.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB