Gələn il keçiriləcək futbol üzrə Avropa çempionatına qatılmaq üçün pleyy-off-da Türkiyə millisini məğlub etməli olan Xorvatiya yığmasında, hər kəs qisas hissi ilə alışıb-yanırmış. Siasport.az saytı xəbər verir ki, Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç türklərdən qisas alacaqları günü səbirsizliklə gözlədiklərini deyərək, futbolçularını bu kritik qarşılaşmalara hazırlamağa çalışır: "3 ildir bu günün xəyalı ilə yaşayırdıq. Nəhayət, Türkiyədən qisas almaq vaxtımız çatdı.
Türkiyə yığması güclü komandadır. Lakin bizdən güclü deyil. Onlar Avro-2008-in final mərhələsində bizim qarşımızı kəsmişdilər. İndi də mümkün rəqiblərimiz arasında ən güclüsü elə Türkiyənin özü idi. Ancaq biz daha güclüyük və kiminlə oynamağımızdan asılı olmayaraq, qalib gəlməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB