\"Bakı\" klubu ev oyunlarını keçirəcəyi stadionla bağlı qərarını verib. Siasport.az saytı xəbər verir ki, mərkəzi arenanın bağlanmasından sonra stadion problemi ilə üzləşən paytaxt klubu Biləcəridəki bazasında oynamaq qərarına gəlib.
Artıq bazadakı stadionda işlər başa çatıb. Azarkeş tutumunu artırmaq üçün sol qapının arxasına yeni oturacaqlar quraşdırılıb. Bu halda stadionun azarkeş tutumu 1500-ə çatıb.Bununla kifayətlənməyən \"Bakı\" gələcəkdə stadionun hazırkı tribunası ilə üzbə-üz tribunanı da istifadəyə vermək niyyətindədir. Bundan sonra arenanın azarkeş tutum 4000-ə çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB