"Atletiko Madrid"də Arda Turan şoku!

"Atletiko Madrid"də Arda Turan şoku!
İspaniyanın "Atletiko Madrid" futbol klubunun türkiyəli futbolçusu Arda Turan, qarşıdakı 2 həftə ərzində yaşıl meydanlardan uzaq qalacaq. Siasport.az saytı xəbər verir ki, milli komandamızla keçirilən qarşılaşmada zədə alan A.Turan, həkimlərin müayinəsindən sonra, 2 həftə ciddi müalicə kursu keçməli olacaq.
"Atletiko Madrid"in rəsmi internet səhifəsində yerləşdirilən xəbərə görə, "Qalatasaray"ın 24 yaşlı keçmiş kapitanı, ən azı Madrid təmsilçisinin İspaniya La Liqası çərçivəsində keçirəcəyi "Qranata" və UEFA Avropa Liqasında "Udenize" ilə meydana çıxacağı qarşılaşmalarda forma geyə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə