Rıdvan Dilmən "Trabzonspor"dan üzr istədi-AÇIQLAMA

Rıdvan Dilmən "Trabzonspor"dan üzr istədi-AÇIQLAMA
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də keçirilən Türkiyə - Azərbaycan matçının "NTV Spor"dakı şərhçilərindən biri Rıdvan Dilmənin kobud səhvə yol verdiyini bildirmişdik. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, o, Türkiyənin avrokuboklardakı yeganə təmsilçisinin "Beşiktaş" olduğunu dilə gətirərkən, "Trabzonspor"u yaddan çıxarmışdı və bu üzdən sözügedən klub rəhbərliyinin kəskin etirazı və tənqidləri ilə üzləşmişdi.

O, artıq qarşı tərəfin tələbi üzrə üzr istəyib və vəziyyətə aydınlıq gətirib: "Trabzonspor"un açıqlamasına çox üzüldüm. "Trabzonspor" camiəsindən üzr diləyirəm. Həmin anda fikrim tamamilə dağınıq idi və o anı heç xatırlamıram da. Mənim "Trabzonspor"a qarşı heç bir qərəzim yoxdu. Mən kiməm ki, "Trabzonspor"un önünə keçəm, görməməzlik edəm?".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com