\"Joze Maurinyo \"Barselona\"ya gəlsə, başına gələcəklərdən qorxsun!\"

\"Joze Maurinyo \"Barselona\"ya gəlsə, başına gələcəklərdən qorxsun!\"

İspaniyanın \"Barselona\" futbol klubunun kapitanı Karlos Pyol, əzəli rəqibləri olan Madrid \"Real\"ının baş məşqçisi Joze Maurinyonu hədələyib. Siasport.az saytı xəbər verir ki, katalon radiosuna açıqlama verən təcrübəli futbol ulduzu bildirib ki, portuqaliyalı futbol mütəxəssisi nə vaxtsa \"Barselona\"nı çalışdırmaq fikrinə düşsə, o zaman onun üçün hər şey cəhənnəmi xatırladacaq. K.Pyol, bunu katalonların J.Maurinyoya olan qatı nifrəti ilə əlaqələndirib. \"Barselona\"lı kapitan, son 2 ildə J.Maurinyonun katalon azarkeşlərə qarşı etdiyi bir sıra xoşagəlməz hərəkətləri yada salaraq, onun ancaq nifrət qazandığını, başqa heç nəyə nail olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə