Qara Qarayev "Rəvan"la matçda oynamayacaq

Qara Qarayev "Rəvan"la matçda oynamayacaq
"Qarabağ" klubu "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bazar günü baş tutacaq qarşılaşma öncəsi komanda daha bir itkiylə üzləşib. U-21-in Belçikayla oyununda zədələnərək sıradan çıxan Qara Qarayevin debütantla matçda oynamayacağı məlum olub. Əzələsində müəyyən dartılma olan 19 yaşlı müdafiəçinin 3-4 gün dincəlməyə ehtiyacı var. Qaranın bazar ertəsi məşqlərə başlayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə