Azərbaycan idmançıları beynəlxalq turnirdə uğurlu çıxış ediblər

Azərbaycan idmançıları beynəlxalq turnirdə uğurlu çıxış ediblər

1993-94, 1996-cı il və yuxarı təvəllüdlül idmançılar arasında stolüstü tennis üzrə İran İslam Respublikasının Qəzvin şəhərində beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirə İİR, İsveçrə, İraq, Qazaxıstan və Azərbaycan komandaları qatılıblar. Beynəlxalq turnirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş 2 komanda iştirak edib. Yarışın nəticəsinə görə 1993-94-cü il təvəllüdlü idmançılar arasında Azərbaycan komandası III yeri, 1996-cı il və yuxarı təvəllüdlülər arasında isə II yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə